ALMANIYA

Nəyə görə məhz Almaniya?

  • Avropanın ən sabit iqtisadiyyatı
  • Əsaslı qanunvericilik bazası
  • Etibarlı bazar
  • Satın almanın dəqiq şəkildə tənzimlənməzi
  • Müqavilənin şəffaflığı
  • Uzun müddətli perspektivdə stabil gəlir
  • Qalxan qiymətlər
  • Mənzil qıtlığı
  • Almaniya əhalisinin yarısından çoxu icarəyə götürdüyü mənzillərdə yaşayır
  • Əlverişli maliyyələşdirmə şərtləri

Məlumdur ki, almanlar mənzilləri almaqdansa, onları icarəyə götürməyə üstünlük verirlər. Statistikaya əsasən, daşınmaz əmlakın birbaşa sahibləri Almaniya əhalisinin 40 faizini təşkil edir. Yəni, almanların 60 faizi mənzilləri icarəyə götürür. Almaniyada yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlakın qiymətləri qalxmaqda davam edir.

Almaniyada xarici vətəndaşların, o cümlədən Avropa İttifaqının üzvü olmayan ölkələrin vətəndaşlarının bu ölkədə daşınmaz əmlak almasına dair qanunlar kifayət qədər liberaldır. Satın alma prosesi bir neçə sadə və standart mərhələyə bölünür: daşınmaz əmlakın axtarışı, satış haqqında danışıqlar, torpaq və ya digər daşınmaz əmlakın satın alması barədə müqavilənin notarial qaydada imzalanması, mülkiyyət hüququnun transferinin qeydiyyatı. Bütün bu müddət ərzində investorun cəmi iki dəfə Almaniyaya gəlməsi zəruridir: alınan daşınmaz əmlakın yekun seçimi və baxışı zamanı, bir də notarial aktların imzalanması zamanı.

Satın alma zamanı yaranan xərclər

  • Daşınmaz əmlakın satın almasına tətbiq olunan vergi (satış qiymətinin 6%-ini təşkil edir, müqavilə imzalandıqdan sonra 4 həftə ərzində ödənilməlidir)
  • Notarial xərclər (torpaq reyestrində qeydiyyatın rüsumu daxil olmaqla 1,5%)
  • Broker komissiyası (ƏDV daxil olmaqla 7,14%)
Skip to toolbar