Fransa

Fransa sadəcə şərab, pendir və Şarl de Qollun ölkəsi deyil, o həmçinin xarici investorların daşınmaz əmlaka yatırım etdiyi ən populyar ölkələrdən biridir.

Xarici alıcılar arasında ən çox tələbat Fransız Rivyerasında və Parisdə yerləşən daşınmaz əmlakadır. Son zamanlar Fransanın digər regionlarının – Akvitaniya, Alp və Pireney dağları, Bretan və digər gözəl yerlərin də populyarlığı artmışdır.

Bütün dünyada Fransada yerləşən daşınmaz əmlaka yüksək sabit tələbat var, qiymətlərdə də daimi artım müşahidə olunur. Hətta ümumdünya maliyyə böhranı belə bu bazara önəmli dərəcədə təsir etməyib. Xüsusən də bu, məşhur Nitsa, Kann, Antib və San Trope şəhərlərini ehtiva edən Rivyera bölgəsi, həmçinin də Paris üçün aktualdır. Bu ərazilərdə daşınmaz əmlak sahibi olmaq mülkiyyətçinin zənginliyinin göstəricisi olmaqla yanaşı, əmlakın sahibinə zövq verir, həmçinin də gəlir gətirmək qabiliyyyətindədir.  Parisdə və Fransız Rivyerasında yerləşən daşınmaz əmlak asanlıqla icarəyə verilə bilər, düzgün seçilmiş məkan və obyekt isə maksimal gəlir gətirir. Məhz buna görə də Parisin və Fransız Rivyerasının prestijli yerlərində yerləşən daşınmaz əmlaka tələbat adətən təklifdən daha yüksək olur. Əgər xüsusi bir istəyiniz varsa,Novohouse şirkətinin əməkdaşları sizin istəklərinizə uyğun olan obyektlər barədə sizə məlumat verə bilər.

Skip to toolbar