İsveçrə

İsveçrədə daşınmaz əmlak almaq bir çoxlarının arzusudur. İsveçrədə daşınmaz əmlak almağın üstünlükləri sadalamaqla bitməz. Bu həm etibarlı sərmaye vasitəsi, həm prestij rəmzi, həm də Avropanın mərkəzində yerləşən və yüksək həyat səviyyəsinə malik olan bir ölkədə mülkiyyət sahibi olmaq imkanıdır. İsveçrədə yerləşən daşınmaz əmlaka olan tələbat təklifdən qat-qat artıq olduğuna görə, lazım olan məbləğdə pula sahib olmaq bu ölkədə ev və ya mənzil almaq üçün kifayət deyil. Alp dağlarında yerləşən bu respublikada əcnəbilərin daşınmaz əmlak sahibliyinə müəyyən məhdudiyyətlər mövcuddur.  Fərdi konsultasiya zamanı bizim mütəxəssislər sizə İsveçrə dövlət orqanlarından icazə almağın vasitələri barədə məlumat verəcəklər.

İnternetdə İsveçrədə daşınmaz əmlak almağı təklif edən bir çox sayt mövcuddur. Amma bu saytların çox az hissəsi  tərəflərdən biri əcnəbi vətəndaş olduğu hallarda İsveçrədəki daşınmaz əmlakla bağlı əqdlərin hüquqi aspektləri haqqında düzgün təsəvvür formalaşdırmaq imkanı yaradır.

Skip to toolbar