Şirkət haqda

Bizim agentliyimizə xoş gelmişsiniz

Bizim şirkətimizə xoş gelmişsiniz

Novohous mənzillərin autsorsinqi ilə əlaqədar olaraq sizə əməkdaşlıq təklif etmək istərdi.
Biz ümid edirik ki, bizim təklifimiz sizin diqqətinizi cəlb edəcək və bizim təklif etdiyimiz xidmətlər sizin şirkətin tələblərini qarşılayacaq.Bizim təklifimizin əsas hissəsinə gəlməmişdən öncə biz öz işimizə və öz müştərilərimizə olan münasibətimizi izah etmək istərdik. Hər şeydən öncə biz istərdik ki, siz bizi etibarlı bir məsləhətçi və partnyor olaraq görəsiniz. Yalnız bundan sonra bizim işimiz daha məhsuldar və effektiv ola bilər.
Buna nail olmaq üçün biz iki qızıl qaydaya riayət edirik;

– ilk olaraq biz sizin vaxtınıza qənaət etməklə;

– ikincisi isə bizim möhkəmlənməyimiz üçün cəld və asan olan effektiv davamlı sistemi nizama salmaqla.

Bu əlaqələrin qurulmasının səbəbi odur ki, biz insanları başa düşürük və onların qayğısına qalırıq. Bizim bütün diqqətimiz onların ehtiyacları üzərində cəmləşib. Elə ilk münasibətdən biz sizin əsas tələblərinizin nə olduğunu başa düşməyə çalışırıq və biz o ehtiyacları qarşılamağa və onları geridə qoymağa cəhd edirik. Biz öz müştərilərimizə öz şəxsi perspektivlərimizdən baxmağa can atırıq. Biz öz müştərilərimizlə rəftar edilmək istədiyimiz şəkildə rəftar edirik. Başa düşürük ki,  bizim müştərilərimiz məlumat əldə etmək, seçimləri nəzərdən keçirmək  və etibarlı məsləhətçi ekspert tərəfindən məsləhətləndirilmək istəyirlər.
Biz öz müştərilərimizə hörmətlə, nəzakətlə və işgüzarlıqla xidmət etmək üçün əlimizdən gələni edirik.
Hörmətlə,İdarəetmə Strukturu və Fəaliyyətlər novohouse Bakı ofisi geniş çeşidli daşınmaz əmlak xidmətləri təklif və təmin edir.

gsdfsdfym21

Əsas fəaliyyət növləri aşağıdakılardır:
Müştərilər üçün daşınmaz əmlakın qiymətlərinin geniş məlumat bazasının təmini
İcarə müqaviləsinin qanuni dəstəyi
Vergi hesablanması
Müştərilərlə ilk iclasdan başlayaraq icarə müddətinin sonuna kimi ümumi layihə idarə olunması
Azərbaycan Respublikasının hökumət orqanları ilə mühacirlərin hər növ hüquqi qeydiyyatlarını məsləhətləşmək və köməklik göstərmək;

Tarif təklifi:
Şirkət mənzillərinin idarə olunması və baxım
Yuxarıdakılara daxildir
Şirkət mənzillərinin idarə olunması və icarəyə verilməsi ilə əlaqədar olaraq qanuni məsləhət;
Şirkət evləri üçün icarədarlarla icarə müqavilələrinin hazırlanması
Minimum 8 saat ərzində sizin tələblərinizə əsasən mənzillərin təchiz edilməsi;
Kommunal xidmətlər , texniki baxış, telefon və Novohouse tərəfindən  təchiz edilən peyk TV xərcləri üçün vaxtında və dəqiq ödənişlərin aparılması
Cari razılaşma daxilində icarə xərcləri  və kommunal xərclər, texniki baxış, telefon və peyk TV xərcləri üçün aylıq hesab fakturalarının sizə verilməsi
Mənzillə əlaqədar olan normal və fövqəladə zənglər üçün 24 saat ərzində kontakt nömrələrin təchiz edilməsi 24 saat ərzində hər bir mənzil üçün texniki baxış və həftədə üç gün ərzində təmizlik xidməti.Bundan əlavə texniki xidmət üçün ödəniş qrafik və tarifləri əlavə razılaşdırılacaq.
Bura daimi və imtina edilmiş tariflər daxildir.
Biz ümid edirik ki, siz bizim tariflərimizi məqsədyönlü hesab edəcək və sifarişinizi verəcəksiniz.
Geniş daşınmaz əmlak siyahısı verilənlər bazası&nbsp
Daşınmaz Əmlak biznesində ən vacib məsələlərdən biri geniş siyahının hazırlanması və təhlükəsizliyin təftiş edilməsidir. Biz bu səbəbdən daşınmaz əmlak bazarının gündəlik tədqiqini aparır və müntəzəm olaraq mövcud ev və obyektlərin siyahısını yeniləyirik. Bu sahədə ən tam məlumatlara malik olaraq biz tez və cəld şəkildə əldə etdiyimiz sifarişlərə cavab verir və beləliklə də rəqiblərimizi arxada qoyuruq. Daşınmaz əmlak bazarının reallığı hər bir agentlərimizin eyni məlumat əldə etməsi və ilk məlumat əldə etmiş agent bunu cəld şəkildə nəzərdən keçirir və müqaviləni imzalayan şəxs isə bunu müştəriyə təqdim edir. Bu daimi nəzarət və icarədarlarla əlaqə ilə mümkündür ki, bizim şirkətimiz bunu həyata keçirir.
İcarəyə Verilən Hər Bir Mənzilin Hüquqi Dəstəklənməsi və Vergi Hesablanması
Agentin işinin ən vacib hissəsi müqavilələrin imzalanmasının hüquqi cəhətdən təşkilidir. Təəssüflə deyə bilərik ki, heç də bütün Azərbaycan vətəndaşları Respublikada bu qanunların çətinliyindən və daşınmaz əmlak biznesinin idarə olunmasından xəbərdar deyil. Bizim agentlərimiz qanunların və İcarədarın üzərinə düşən öhdəliklərin izah olunması üzrə geniş iş həyata keçirirlər. Bütün müqavilələr biz fəaliyyətə başladığımız müddətdən bizimlə hüquqi əməkdaşlıq edən CBC Hüquq Məsləhətxanasında yoxlanılır. CBC Şirkətinin professional işçilərdən təşkil olunmuş idarə heyəti var. Və bu işçilər müqavilələrin hazırlanması və ya müştərilər tərəfindən təqdim olunmuş müqavilələrin yoxlanması üçün cavabdehlik daşıyırlar, onlar şirkətimiz və sahibkarlar arasında müqavilələrin imzalanması prosesində şahid qismində iştirak edir və beləliklə də müştərinin maraqlarını tam olaraq qorumuş olur. Onlar həmçinin müqavilənin şərt və müddəalarının dəqiq şəkildə yerinə yetirilməsini izləyir. Onlar həmçinin sahibkar və şirkətimiz üçün vasitəçi kimi tətbiq olunan vergilərin dəqiq hesablanmasını həyata keçirir. Onlar həmçinin illik audit yoxlanmasına və Şirkətin maliyyə vəziyyəti ilə bağlı qanuni audit rəyinin verilməsinə cavabdehdir.

Ümumi Layihə İdarəetməsi
Novohouse tam icarə müddətində müqavilələrin nəzərdən keçirilməsindən tutmuş imzalanmasına qədər layihənin ümumi idarə edilməsinin vacibliyini başa düşür. Biz vaxt və enerjimizi hər bir şeyin dəqiqliklə yetirilməsini təmin etmək üçün sərf edirik. Burada əsas diqqət icarədar-icarəçi danışıqlarından yarana biləcək ziddiyyətlərin həllinə yönələcək. Biz icarəçi və sahibkarla daima əlaqədə oluruq və belə etməklə onlar arasında vasitəçilik edir, hər iki tərəfin maraqlarına hörmətlə yanaşır və danışıqlar vasitəsilə ortaya çıx biləcək istənilən problemin həllində ən doğru bilinən çıxış yolunu tapırıq.

Məsləhətləşmə

Şirkətimiz Azərbaycan Respublikasına yenicə gəlmiş mühacirlər üçün qeydiyyat xidmətini göstərir, müştərilərə xarici subyektlərin Azərbaycan Respublikasında yaşamalarına dair qanunvericiliklə bağlı məlumat verir. Biz həmçinin yeni gələnlərin hava limanında arzu olunan yerlərə çatdırılması xidmətini göstərir və hotel, qonaq evləri və qısa müddətli qalanlar üçün mənzillərdə yerləşdirilməsi ilə bağlı məsləhətlər veririk, müştəri isə daimi yaşayış üçün müvafiq evlərin seçimi ilə məşğul olur.

Ştat
Şirkətimiz daşınmaz əmlak marketində geniş iş təcrübəsinə malik peşəkarları işə götürüb. Bütün agentlərimiz əcnəbi müştərilərlə işləmək üçün zəruri olan xarici dil biliyinə malikdir. Onlar yaxşı danışıq bacarığına və cəld və tez şəkildə vəziyyəti dəyərləndirməyə imkan verən fikir uyğunluğuna malikdir. Agentliklərin hər biri ilk görüşdəncə müştərilərin ehtiyaclarını anlaya bilir. Bizlərin hər biri yaxşı kompüter biliyin malikik və digər standart ofis ləvazimatlarından istifadə edə bilərik. Bizlərdən hər birimiz Azərbaycan Respublikasının Mülki Məcəlləsini tam olaraq bilir və tam məsuliyyətlə müştərinin biznesi ilə bağlı istənilən suallara cavab bilir.

Şirkətimizin danışıqlar, müqavilələrin imzalanması, vergilərin hesablanması (icarəçi və icarədar), hökumət orqanlarına maliyyə hesabatlarının və s.in verilməsi üzrə bütün fəaliyyəti Layer Şirkəti “CBC” ilə dəstəklənir.

XARİCDƏ ƏMLAK NECƏ ALMAQ OLAR?

NOVOHOUSE

SATIŞ

Skip to toolbar