DUBAI

Birləşmiş Ərəb Əmirlikləri son illərdə yüksək və sabit iqtisadi artım nümayiş etdirir. Ötən əsrin 70ci illərində Birləşmiş Ərəb Əmirliklərində böyük həcmli neft ehtiyatlarının tapılması bölgənin inkişafı üçün güclü təkan verdi. Ən böyük sürətlə inkişaf edən əmirlik Dubaydır. Yerli hakimiyyət öz qarşısına ölkəni əsas xam neft istehsalatçılarından birindən yüksək inkişaf etmiş iqtisadiyyata malik bir dövlətə çevirmək məqsədi qoymuşdur. Bu səbəbdən, Dubayda biznesin inkişafı və daşınmaz əmlaka sərmayelər üçün əlverişli şərait imkanı yaratmağa yönəlmiş qanunlar qəbul olunur.

Əlverişli coğrafi mövqeyi və mükəmməl iqlim şəraiti sayəsində Dubay dünyada əsas turizm mərkəzlərindən birinə çevrilmişdir. Lakin, turizmin inkişafı ilə yanaşı, Dubayda müasir yüksək texnologiya müəssisələri, biznes mərkəzləri, texnoparklar açılır. Ölkədə sərbəst iqtisadi zona rejimi qüvvədə olduğu üçün, demək olar ki, heç bir vergi yoxdur. İnkişaf planlarına ölkə əhalisinin bir neçə dəfə artırılması daxildir. Bu səbəbdən, Dubayda daşınmaz əmlak sərmayeləri və biznesin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədi daşıyan qanunlar qəbul olunur. İnsanların istifadəsi üçün bir çox yaşayış binaları tikilir. Bu binalarda, tam təmirli və mebellə təchiz olunmuş mənzillərlə yanaşı, inkişaf etmiş infrastruktur – dükanlar, fitnes mərkəzləri və avtomobil dayanacaqları da var.

Dubayda daşınmaz əmlakın tikintisi çox yüksək sürətlə aparılır. Bütün dünyadan olan aparıcı mütəxəssislər – mühandis və dizaynerlər, Dubayın gələcəyin şəhərinə çevrilməsi xəyalının gerçəkləşdirilməsi üzərində çalışır.

Biz sizə Dubayda müxtəlif daşınmaz əmlak – yaşayış mənzilləri və kommersiya xarakteri daşıyan əmlak təklif edirik.

Siz əmlakı inşaatçının təyin etdiyi qiymətlə, faizsiz kreditlə və əlverişli sərmaye şərtləri ilə əldə edə bilərsiniz.

 

Dubayda daşınmaz əmlak almağın üstünlükləri:

  • Populyar kurort ərazisində mükəmməl coğrafi mövqe.
  • Vergilərin olmaması və çox aşağı əlavə xərclər.
  • Dövlət təminatı və şəffaf qeydiyyat prosesi.
  • Ölçü və məqsədinə görə fərqli olan geniş əmlak çeşidi.
  • Orijinal arxitektura layihələri.
  • Yüksək gəlirlər və tikinti davam etdiyi halda təkrar satış imkanı
  • Tikilən obyektlərin qiymətinin stabil artması..
  • Yüksək icarə haqları, icarədən yüksək gəlir imkanı.
  • Əmlak sahibi və ailəsi üçün rezident vizası.

• İqtisadi artımın stabilliyi və bölgənin gözəl inkişaf perspektivləri.

Skip to toolbar