Xaricdə satış

Əmlak bazarının tendensiyalarını izləyərək müştəriyə maksimum servis göstərmək, əmlak agentliyi Bolqarıstan və Almaniyada əmlakın satılmasının başlanması haqqında məlumatlandırır. Kvadrat metrə görə qiymətlər Avropaya nisbətən bir qədər aşağıdır. Mənzillərin orta qiyməti 50 000 Avro təşkil edir. Daşınmaz əmlaklar avro-təmir olunduqdan, bəziləri isə mətbəx və texnika quraşdırıldıqdan sonra satılır.

Bolqarıstan daşınmaz əmlak satın alan zaman  Siz yaşamaq üçün icazə alırsınız. Bu alış-verişin standart sxemidir. Hər şüy sadə və asandır. Daşınmaz əmlak alan zaman insanları Qara dəniz iqlimi, gözəl təbiət, yayda Qızıl Qumlarda Günəş, həmçinin qışda Bolqarıstanda ən yaxşı Xizək kurortları cəlb edir.

Dünya maliyyə böhranı zamanı Almaniya, bankları əvvəlki həcmlərdə və əvvəlki ipoteka tarifləri üzrə əmlak əldə edilməsini maliyyələşdirməyi davam etdirən ölkələrdən biri olaraq qalmışdı. Buna görə də Almaniyada kreditə daşınmaz əmlak satın almaq bugünkü gündə də realdır. Biz müştərilərimizə maliyyə vəsaitlərinin çatışmaması problemlərinin həll edilməsində, həmçinin sonradan icarəyə vermələri köməklik göstərə bilərik.

Sizin üçün nəyin daha çox münasib olduğunu seçin: villalar, mənzillər, torpaq sahələri. Bizim hər iki ölkədə olan nümayəndələrimiz  bütün məsələlər üzrə Sizi qarşılamağa, yerləşdirməyə və məsləhət verməyə, həmçinin seçdiyiniz əmlakın Sizə göstərilməsini təşkil etməyə hazırdırlar.

Xarici əmlak barəsində təkliflərin tam kataloqu, həmçinin qiyməti, satın alma qaydası, məzmunu, vergilər haqqında lazım olan bütün məlumatları Siz bizim ofisimizdən və ya əlaqə nömrələrimizə zəng edərək öyrənə bilərsiniz.

Skip to toolbar